
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hər bir çıxışı, yerli və xarici mediaya verdiyi hər bir müsahibəsi mühüm elementləri, yaxın və uzaq ölkələrə mesajları, geosiyasi prosesləri zərgər dəqiqliyi ilə analiz edərək ölkəmizin həmin proseslərə adekvat münasibətinin sərgilənməsi ilə diqqət çəkir. Bu mənada dövlət başçısının Səudiyyə Ərəbistanının “Əl‑Ərəbiyyə” televiziya kanalına verdiyi müsahibə də xüsusi qeyd edilməlidir.
Bu fikirləri Newscenter.az-a səsləndirən Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, sözügedən müsahibə böyük siyasi və tarixi əhəmiyyət kəsb edir. Müsahibədə əsas məqamlara diqqət çəkən millət vəkili deyib ki, bu müsahibə strateji baxımdan əhəmiyyətli mesajları ilə yadda qalacaq:
“Cənab Prezident “Əl‑Ərəbiyyə” televiziya kanalına müsahibəsi zamanı Vaşinqton Sazişi və əldə edilən razılaşmaya diqqət çəkərək qeyd edib ki, Vaşinqtonda əldə edilən razılaşma Ermənistan–Azərbaycan münasibətlərinin beynəlxalq hüquq çərçivəsində, ərazi bütövlüyü prinsipi əsasında qurulmasını təmin edir. O bildirib ki, sülh sazişi formal olaraq hələlik imzalanmayıb. Prezident onu da diqqətə çatdırıb ki, qarşı tərəf bu razılaşmanı pozarsa, Ermənistan hökumətinə qarşı Azərbaycan “güc balansı”na söykənərək adekvat cavab verəcək .
Dövlət başçısının müsahibə zamanı toxunduğu digər br məsələ ilə Minsk qrupu ilə bağlı oldu. Cənab İlham Əliyev haqlı olaraq bildirdi ki, artıq belə bir qurumun fəaliyyət göstərməsi absurddur. Çünki Ermənistan rəsmi şəkildə Dağlıq Qarabağın işğal olunduğunu və Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. Belə olan halda belə bir vasitəçilik hüquqi baxımdan artıq əsassızdır”.
İlham Məmmədov dövlət başçısının müsahibə zamanı Rusiya və İranla bağlı münasibətlərə toxunduğunu da deyib. Deputat vurğulayıb ki, İlham Əliyev İran Prezidentinin Azərbaycana səfəri və ikitərəfli münasibətlərin mehriban olduğunu, dövlət başçılarının eyni dildə danışmasının mühüm faktor olduğunu vurğulayıb:
“Lakin Rusiya ilə münasibətlərdə müəyyən sərinlik var. Bu da Azərbaycana məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulması ilə bağlıdır. Dövlət başçısı Azərbaycan mülki təyyarəsinin Rusiya tərəfindən vurulması hadisəsinə toxunaraq bunun ağır diplomatik nəticələr doğurduğunu qeyd edib. Buna rəğmən, Azərbaycan tərəfi Rusiya ilə əlaqələri gərginləşdirmək istəmir. Ümumiyyətlə, Azərbaycan dövləti olaraq biz heç bir ölkə ilə gərgin münasibət istəmirik. Azərbaycan bütün yaxın və uzaq ölkələrlə qarşılıqlı fatdalı əməkdaşlığa üstünlük verir”.
Dövlət başçısının müsahibə zamanı bir çox vacib məqamlara toxunduğuna diqqət çəkərək bildirib ki, müsahibədə Cənab İlham Əliyevin toxunduğu hər bir məsələ, hər bir məqam öz-özlüyündə geniş təhlil, şərh tələb edir:
“Ümumiyyətlə, bu müsahibə Azərbaycan Prezidentinin həm regionda, həm də qlobal miqyasda strateji islahatçı, təhlükəsizliyə öncəlik verən, enerji diplomatiyası və regional inteqrasiyanı gücləndirən lider portretini təqdim edir. Əliyev burada həm tarixi haqqa əsaslanaraq, ədalətli siyasəti, həm də gələcəyə yönəlmiş inteqrasiya layihələrini ön plana çəkdi”.
Süleyman