Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib


Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən “Mərkəzi Asiya Qlobal İqtisadi Transformasiya Çağırışı qarşısında: Qiymətləndirmə və Proqnoz” mövzusunda beynəlxalq konfransda iştirak edir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, konfrans Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində keçirilib. Konfrans Almaniyanın Roza Lüksemburq Fondunun Mərkəzi Asiya üzrə Regional Ofisi və bu universitetdəki Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu ilə birgə təşkil olunub.

Konfransda Mərkəzi Asiya ölkələrindən, Almaniyadan, Çindən, Hindistandan dagörkəmli iqtisadçılar, dövlət və ictimai xadimlər, alimlər, sosioloqlar, antropoloqlar iştirak ediblər.

Müzakirə zamanı dünya iqtisadi-maliyyə sistemindəki dəyişikliklər, böyük ölkələr arasında rəqabət, enerji mübadiləsi, süni intellektin sürətli inkişafı kimi aktual məsələlər qaldırılıb.

Süleyman
Xəbəri paylaş