Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu müsahibə Azərbaycanın ədalətli sülhə hazırlığı, gələcəyə baxışı və regional liderlik rolunun sübutu idi

Bu müsahibə Azərbaycanın ədalətli sülhə hazırlığı, gələcəyə baxışı və regional liderlik rolunun sübutu idi



“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu dəfəki müsahibəsi də əvvəlki müsahibələr kimi mühüm məqamları, bu və ya digər proseslərdə konkret hədəflərin göstərilməsi, Azərbaycanın mövqeyinin bir daha dünyaya çatdırılması baxımından yadda qalan oldu. Hesab edirəm ki, dövlət başçısının müsahibə zamanı toxunduğu hər bir məsələ həm regionumuz, həm də dünyamız baxımından əhəmiyyətli idi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, müsahibənin əsas məqamlarından biri Vaşinqtonda keçirilən üçtərəfli görüş və əldə olunmuş razılaşmaya aydınlıq gətirmək idi:

“Cənab Prezident bildirdi ki, avqustun 8-də Vaşinqtonda qol çəkilən razılaşma Ermənistan və Azərbaycan arasında qarşıdurmanın sona çatdığını simvolizə edir. Dövlət başçısı qeyd etdi ki, bu sənəd Azərbaycan tərəfindən hazırlanmış sülh formatına əsaslanır və hələlik rəsmi sənəd kimi imzalanmayıb. Çünki Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan bəndin ləğvi gözlənilir. Konstitusiyaya uyğun dəyişiklik edildikdən sonra isə rəsmi sülh müqaviləsinin imzalanması mümkündür. Prezident vurğuladı ki, Vaşinqton razılaşması 30 ildən artıq davam edən qarşıdurmanın bitdiyini göstərir”.

Arzuman Muradlı deyib ki, müsahibədə İlham Əliyevin sözügedən müsahibəsi həm də Azərbaycanın sülhsevər bir ölkə kimi dünyaya bir daha təqdimatı idi:

“Azərbaycan hər zaman sülhün, sabitliyin tərəfdarı olub. Hələ İkinci Qarabağ Müharibəsindən əvvəl rəsmi Bakı problemin mümkün qədər qan tökülmədən, diplomatik yolla həllinə çalışıb. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi və yeni ərazilər işğal etmək istəyi nəticədə İkinci Qarabağ Müharibəsinin başlamasına səbəb olub. Prezident müsahibə zamanı diqqətə çatdırdı ki, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi sayəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa edildi. Bundan sonra Azərbaycan sülh prosesini təşəbbüslə başlamış və bu təşəbbüs Vaşinqtona qədər uzanmışdır. Ümumilikdə, müsahibə sülhə və stabil inkişaf perspektivinə yönəlmiş optimist mesajlarla zəngin idi. Bu, həm də Azərbaycanın ədalətli sülhə hazırlığı, gələcəyə baxışı və regional liderlik rolunun sübutu idi”.

Süleyman
Xəbəri paylaş