Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağcabədidə yanacaqdoldurma məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədidə yanacaqdoldurma məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb


Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Newscenter.az-ın məlumatına görə, DİN mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yanğını törətməkdə şübhəli bilinən Bayram Rafiq oğlu Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsin yanacaqdoldurma məntəqəsinin sahibi Xəqani Rəhim oğlu Vəliyevin qardaşı oğlu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş