Azərbaycanın Şərqi Zəngəzur mahalında yerləşən Laçın şəhərinin,MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, gələn il 2025- ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi, əslində normal hadisədir və adı üstündə xalqların mədəniyyətinin inkişafına xidmət edir. Bildiyimiz kimi bunun ardınca 2026-cı ildə MDB-nin mədəniyyət mərkəzi statusu Ermənistanın Mehri şəhərinə veriləcəyi bildirilib. Bu da əslində normal hal olaraq görünə bilər. Amma, bu da hər kəsə məlumdur ki, Ermənistan ərazisi kimi tanınan Mehri şəhərinin əsil sahibləri bizik və Mehri Azərbaycan şəhəridir və məlum siyasi motivlərlə Ermənistana Rusiya tərəfindən verilib. İndi Ermənistan tərəfinin Mehri şəhərini ,,qədim erməni irsi,, kimi qələmə verməsi və qısacası qədim Azərbaycan torpağının , Azərbaycan şəhərinin tarixinə dəyişiklik etməsi qəbul edilməzdir və buna etiraz etmək lazımdır. Düşünürəm ki, ,, mədəniyyət mərkəzi,, falan kimi işlər Rusiyanın, Zəngəzurda, Qarabağda, Azərbaycan və Ermənistan arasında münasibətlərin bundan sonrakı proseslərdə təşəbbüsü əldə saxlamaq, regionda cərəyan edən proseslərdə mövcudluğu saxlamaq və konkret olaraq geosiyasi maraqlarını təmin etməyə cəhd kimi də qəbul etmək olar. Göründüyü kimi Rusiya, mədəniyyət, humanitar və digər xoş səslənən adlar altında Azərbaycan və Ermənistan arasından çəkilmək istəmir və atdığı addımların altında yenidən mübahisəli məsələlərin qabardılması niyyəti müşahidə olunur. Bu da sülh yolu vistiqamətində iki ölkə arasında münasibətlərin qurulması əngəllər yaradır.
Çingiz Şahbazi, siyasi ekspert