Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev bölgədə oyun qaydalarını yenidən yazan liderdir

İlham Əliyev bölgədə oyun qaydalarını yenidən yazan liderdir


"Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, atdığı qəti və uzaqgörən addımlar bir daha göstərdi ki, o, təkcə Azərbaycan Respublikasının Prezidenti deyil, həm də Cənubi Qafqazda və daha geniş mənada bölgədə oyun qaydalarını yenidən yazan bir liderdir".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, onun hər çıxışı, hər qərarı arxasında dövlət maraqlarına sarsılmaz sədaqət, soyuqqanlı diplomatiya və milli qürur dayanır:

"İlham Əliyev bu illərdə elə incə bir siyasi balans yaradıb ki, Azərbaycan nə Qərbin, nə də Şərqin kölgəsində qalıb, öz yolunu, öz sözünü və öz gücünü dünyaya qəbul etdirib. Ən gərgin danışıqlarda belə, o, prinsipial mövqeyindən bir addım geri çəkilmədən, ən təcrübəli dövlət başçılarını, o cümlədən Putin kimi siyasi oyun ustalarını Azərbaycanın maraqlarını nəzərə almağa vadar edib. Bu, sadəcə diplomatik məharət deyil, bu, liderlik nüfuzunun və dövlətçilik iradəsinin təntənəsidir".

Əli İbrahimov qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyev bəzən bir cümlə, bəzən sadəcə baxışı ilə dünyaya mesaj verir:

"Onun sakit, lakin güclü ritorikasının arxasında qətiyyət, ağıllı hesablama və milli qürur dayanır. Bu gün Azərbaycan öz gücünün zirvəsindədirsə, bunun başlıca səbəbi bir nəfərin — xalqın etimadını qazanmış, düşüncəsində soyuqqanlılıqla cəsarəti, diplomatiya ilə qətiyyəti birləşdirən İlham Əliyevin liderliyidir".

Süleyman
Xəbəri paylaş