
Rusiya, Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşımaların artırılması üçün işləmək barədə razılığa gəliblər. Bu barədə Bakıda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Fərzaneh Sadiq arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair birgə kommünikedə bildirilib.
Newscenter.az xəbər verir ki, TASS sənədin mətnini əldə edib.
"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması və yükdaşımaların davamlı artımının təmin edilməsi üçün tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Üç ay müddətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Fəaliyyət Planının hazırlanması üçün İşçi Qrupun yaradılması barədə razılıq əldə olunub", - sənəddə deyilir. “Müzakirələr zamanı oktyabrın 14-də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca mühüm infrastruktur layihələrinin birgə yerində yoxlanılması barədə razılıq əldə olunub”.