Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynalxalq münasibətlərdə çoxtərəflilik prinsipi – XVI BRICS Sammiti

Beynalxalq münasibətlərdə çoxtərəflilik prinsipi – XVI BRICS Sammiti



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı bir çox tarixi həqiqətləri bir daha sübuta yetirdi.
Qoşulmama Hərəkatındakı sədrliyindən bəhs edən cənab İlham Əliyevin bu fikirləri xüsusi əhəmiyyət kəsb edir: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Bəs BRICS nədir? Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir.

BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

Şübhəsizdir ki, Kazanda baş tutan bu görüş bir daha dövlətlərarası münasibətlərin inkişaf amilində tarixi status daşıyır. Əlaxsus cənab İlham Əliyevin Dilma Rousseff, Vladimir Putin, Nikol Paşinyan ilə görüşləri çoxtərəfli münasibətlərdə yeni intibah səhifələri yaradacaq.

Sənan Hüseynov – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü, ADNSU THİK Kitab Klubunun sədri
Xəbəri paylaş