
Qırğızıstanda Rusiya ərazisində fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, ölkənin Milli Təhlükəsizlik Komitəsi (DKNB) əməkdaşları Cəlal-Abad vilayətində əməliyyat həyata keçirib.
Əməliyyat nəticəsində Rusiya Federasiyasında fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlanılıb.
Saxlanılan şəxslərin Rusiyaya işləmək üçün gəlmiş Qırğızıstan vətəndaşlarına qarşı hədə-qorxu ilə pul tələb etmə və şantajla məşğul olduqları bildirilib.
Aparılan istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, adıçəkilən şəxslər kriminal amir Kamçibek Kolbayevin şəriklərinin dəstəyi ilə əmək miqrantı qismində Rusiya Federasiyasında yaşayan Qırğızıstan vətəndaşlarına qarşı hədə-qorxu ilə pul tələb, şantaj və digər qeyri-qanuni əməllərlə məşğul olublar.
Saxlanılan şəxslər istintaq təcridxanasına yerləşdirilib.
Mehman Mehdiyev












































