Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi qıcıqlandıran görüş?

Qərbi qıcıqlandıran görüş?


"Kazan şəhərində keçirilən BRİCS sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla arasında baş tutan görüş sülh sazişi istiqamətində danışıqların mühüm raundu kimi qiymətləndirilə bilər".

Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, bu görüşün ən mühüm önəmi iki dövlət başçısının birbaşa, üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparmasıdır:

"İndiyə qədər sülh danışıqlarında vasitəçi kimi 3-cü tərəfin təmsil olunması tərəflər arasında siyasi atmosferə müəyyən dərəcədə təsir göstərməklə qarşılııqlı anlaşmanın əldə olunmasına az da olsa maneçilik törədib".

Vaqif Abdullayev deyib ki, hazırda isə 3 formatından kənar, 2-lik formatında danışıqların aparılması sülh sazişinə doğru daha da yaxınlaşma üçün münbit şərait yaratmış olur:

"Ancaq məsələ ondadır ki, rəsmi Bakının səmimi və açıq dilaoq mühiti fonunda İrəvan yenə də cığallıq etməyə çalışır, sülh sənədi ilə bağlı şərtlərin bəndləri üzərində spekulyasiya edir.

Birincisi odur ki, Azərbaycanın masaya qoyduğu sülh gündəliyinin şərtləri bütün ictimaiyyətə, o cümlədən erməni cəmiyyətinə tam detallarına qədər aydındır. Azərbaycan ilk növbədə, sülh sazişinin imzalanması üçün Ermənistanın Konstitusiyasına dəyişiklik edərək, ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan bəndin çıxarılmasını tələb edir. Ermənistan isə bunu sazişdən sonraya saxlamaqla revanşist mahiyyətini qorumağa çalışır.

İkincisi, Ermənistan sərhədin delimitasiyası prosesində razıalşdırılmış 1991-ci il “Alma-Ata bəyannaməsi”nin şərtlərindən kənara çıxmaq istəyir. İrəvan sərhəd xəttinin keçmiş SSRİ-nin sonuncu - 1979-cu ilin xəritəsi əsas götürülməklə həllinə çalışır. Bu isə delimitasiyanın əsas prinsiplərindən boyun qaçırmaq deməkdir.

Üçüncüsü, Zəngəzur dəhlizinin və kommunikasiyaların açıılması zamanı təhlükəsizlik zolağının təminatı ilə bağlıdır. Ermənistan dəhlzidə təhlükəsizliyin yalnız özünün qvardiyası tərəfindən qorunmasında israr edir ki, bu da dayanıqlı təhülükəsizlik zəmanəti üçün problem yarada bilər".

O qeyd edib ki, erməni sepratçılarının dəhlzidə hansısa təxribat törətməyəcəyinə etibar yoxdur:

"Ona görə də, Azərbaycan ilk gündən dəhlizdə beynəlxaql sülh mandatının olmasını istəyir, bizim üçün fərqi yoxdur, burada Rusiya olsun, Türkiyə və yaxud başqa dövlət. Əsas odur ki, BMT-nin mandatına uyğun sülhə cavabdeh olan beynəlxalq sülhməramlılar təhlükəsizliyə cavabdehlik daşısın.

Ancaq bütün bunlara baxmayaraq, qeyd edilən məsələləri həll etmək mümkündür və Azərbaycan lideri Cənab İlham Əliyevin Nikol Paşinyanla birbaşa ikitərəfli təmasları yekun razılaşmanın əldə edilməsinə inamları daha da artırır. Hər iki ölkədə bunun üçün iradə var, İrəvanın 3-cü tərəfin, ələxsus da Qərbin təsirindən çıxması buna imkan verə bilər.

İnanırıq ki, Azərbaycan Prezidenti kənar təsirləri də neytrallaşdırmaqla yekun sülh sənədinin imzalanmasını da təmin edəcək".

Anar Əliyev
Xəbəri paylaş