Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ilk televiziya operatoru

Azərbaycanın ilk televiziya operatoru


Azərbaycanın ilk televiziya operatoru Pirican Cəbiyevin anım günüdür.

Newscenter.az xatırladır ki, Pircan Cəbiyev 15 avqust, 1928-ci ildə Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə kənd klubunda kinooperator olaraq başlayan Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür. Bu görüş Pirican Cəbiyevin həyatında mühüm rol oynayır. Ənvər Əlibəyli 1956-cı ilin fevral ayında onu Radio və Televiziya Verilişləri Komitəsinin televiziya studiyasına kinomexanik vəzifəsinə qəbul edir. 1 iyun 1956-cı ildə bir kamera ilə canlı olaraq yayımlanmış, Nəriman Nərimanovun «Şamdan bəy» pyesi əsasında rejissor Rauf Kazımovskinin quruluş verdiyi ilk teletamaşanın quruluşçu operatoru olur. İyul ayında televiziyanın operatoru vəzifəsinə yiyələnmiş Pirican Cəbiyev 35 il müddətində adi operatordan ali dərəcəli operator vəzifəsinə kimi yüksəlir və televiziya operatorlarına başçılıq edir.

Pirican Cəbiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və SSRİ Televiziya və Radio Verilişləri Komitəsinin fəxri fərmanlarına layiq görülür. Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 4 may 1991-ci il tarixli Fərmanı ilə Pirican Cəbiyevə əməkdar incəsənət xadimi fəxri adı verilib.

Pirican Cəbiyev 17 mart 2000-ci ildə vəfat edib.

Anar Əliyev
Xəbəri paylaş