
Rusiya Prezidenti Vladimir Putin 9 May sovet xalqlarının qələbə paradının 80 illiyinə həsr olunmuş tədbirdən dərhal sonra Ukrayna ilə bağlı verdiyi açıqlama həm gözlənilməz oldu,həm də dunyada böyük marağa səbəb olub. Onun xüsusi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəməsi onun köməyinə ehtiyac olduğunu vurğulaması və Ukrayna ilə danışıqlar prosesinə hazır olması və məkan olaraq Türkiyəni seçməsi və bütün bu istəklərini açıq və konkret olaraq Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəciliyi ilə həyata keçirməsini dilə gətirməsi Türkiyə Prezidenti Ərdoğanın dünya siyasətində ən güvənli və ən təcrübəli siyasət adamı olmasından irəli gəldiyini bir daha sübut etdi.Putin problemləri danışıqlar yolu ilə həllini davam etmək istəyində olduğunu bildirib və Türkiyənin bu məsələdə vasitəçiliyini xüsusi olaraq qeyd edir.Putinin bu bəyanatından belə anlaşılır ki, Putin mövcud durumu dəyismək istəyir və müharibənin tezliklə dayandırılmasında və yaxud da ara verməsində o da Ukrayna Prezidenti Zelenski qədər maraqlıdır. Artıq, Putinin bu çağrışına Ukrayna Prezidenti Vlodimir Zelinski öz razılığını verib və Ankarada baş tutacaq görüş üçün hazırliqlara başlanılıb. Gorüş dünyanın maraq dairəsindədir və bu görüşdə böyük razılıq əldə ediləcəyinə ümid etmək olar. Çünki, təklif Rusiya tərəfindəndir və həmçinin bu görüşdə ABŞ iştirak etməyəcək.Həmcinin Türkiyənin vasitəçiliyində baş tutan bu görüş, Ukrayna hökuməti üçün siyasi baxımdan qərarlar qəbul etməsi üçün əlverişli məkan hesab edilə bilər və Türkiyənin neytral mövqedə olması və həqiqi barışın tərəfində olması həmçinin görüş zamanı mühüm qərarların qəbul edilməsinə köməklik göstərə bilər.Müharibə hər iki ölkəni yorub,tükətib və bitirib desək yanılmarıq.Hərbi əməliyyatlara xərclənən vəsaitin və insan resursunun getdikcə azalması hər iki ölkə üçün ən böyük problemdir. Digər problemləri də nəzərə alsaq, Ankara görüşündən müsbət nəticə əldə olunacağına ümid etmək lazımdır. Görüş, hesab edirəm ki, qarşılıqlı ittihamlar əsasında olmayacaq.Əksinə qarşılıqlı təkliflər əsasında həyata keçirilməlidir. Burda qalib və yaxud da məğlub tərəf konkret olaraq yoxdur.Hazırkı durumu nəzərə alsaq, Ukrayna konkret olaraq atəşkəs rejimi tərəfdarıdır. Ukraynaya ciddi silah yardımı ilə bağlı ABŞ və Avropanın son bəyanatlarını nəzərə alan Rusiya, atəşkəs tərəfdarı olduğunu açıq şəkildə ifadə etməsə də, atəşkəs rejiminə razılıq verməyəcəyinə imkanı məhdud görünür.İstər Rusiya, istərsə də Ukrayna tərəfi həmçinin bu müharibənin başqaları üçün siyasi məqsədlər daşıdığını da son nəticədə anlamış oldular və bu səbəbdən hər iki ölkə münasibətlərinə yenidən baxmaq üçün razılığa gəlməlidirlər və bunun üçün Ankara görüşü, Ankara vasitəçiliyi doğru seçim hesab olar.
Çingiz Şahbazi, siyasi ekspert