Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasını imzaladı

Qazaxıstan BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasını imzaladı


Qazaxıstan BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasını imzalayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Bauyrjan Alenovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamın paytaxtı Hanoyda BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasının imzalanma mərasimində iştirak edib.

Bu sənəd informasiya və kommunikasiya texnologiyaları sahəsində cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və qlobal kibertəhlükəsizlik səviyyəsinin artırılmasına yönəlib.

Konvensiya layihəsinin hazırlanması zamanı Qazaxıstan tərəfi milli maraqlara riayət edərək dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün effektiv mexanizmlərin formalaşdırılması ilə bağlı təkliflər irəli sürərək prosesdə fəal işləyib. Bu, Qazaxıstanda rəqəmsal təhlükəsizliyi təmin edəcək və kibertəhdidlərə qarşı mübarizə üçün milli sistemi təkmilləşdirəcək.


Mehman Mehdiyev
Xəbəri paylaş