Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vuçiç Özbəkistana gəlir

Vuçiç Özbəkistana gəlir


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç 28-31 oktyabr tarixlərində bu ölkəyə rəsmi səfər edəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, səfər proqramına əsasən, Daşkənddə yüksək səviyyəli danışıqlar keçiriləcək və burada Özbəkistan və Serbiya arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq.

Diqqət maşınqayırma, aqrar sənaye, əczaçılıq, informasiya texnologiyaları, rəqəmsallaşdırma, turizm və digər vacib sahələrdə tərəfdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Mütəmadi əmək miqrasiyası, mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək. Beynəlxalq əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Danışıqların sonunda ikitərəfli sazişlər paketinin imzalanması planlaşdırılır.

Aleksandr Vuçiç həmçinin bu həftə Səmərqənddə başlayacaq UNESCO Baş Konfransının 43-cü sessiyasında fəxri qonaq kimi iştirak edəcək.

Süleyman
Xəbəri paylaş