Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır

AQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək növbəti ixtisas imtahanlarına hazırlaşan namizədlər üçün II hazırlıq kursunu elan edir.

Newscenter.az xəbər verir ki, 1 may 2026-cı il tarixindən etibarən fəaliyyətə başlayacaq kurslar, qiymətləndirmə sahəsində nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi, eləcə də imtahan prosesinə tam hazır olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Tədris Proqramı haqqında:

Mühazirəçilər: Dərslər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) peşəkar müəllim heyəti tərəfindən aparılacaq.
Müddət: Kurs 10 dərsi əhatə edir.
Məkan: Təlimlər AQC-nin Bakı şəhərindəki mərkəzi ofisində keçiriləcək.
Sertifikat: Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

Tələb olunan sənədlər:

Kursda iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri skan edilmiş formada info@aqc.az elektron ünvanına göndərməlidirlər:

Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti.

İştirak haqqı və Ödəniş:

AQC üzvü olan şirkətlərin nümayəndələri üçün: 300 AZN
Digər iştirakçılar üçün: 500 AZN

Süleyman
Ödəniş qaydası: Ödənişlər müqavilə əsasında, yalnız köçürmə yolu ilə həyata keçirilir.
Xəbəri paylaş