
Norveç hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etmək üçün hazırlıqlara başlayıb.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, baş nazir Jonas Gar Norveç televiziya kanalı NRK-ya verdiyi açıqlamada belə deyib. O, sosial medianın uşaqlara mənfi təsirini azaltmağa yönəlmiş qanun layihəsinin bu il parlamentə təqdim ediləcəyini və qəbul olunarsa, gələn il qüvvəyə minəcəyini bildirib.
Qanun layihəsində 16 yaşdan kiçik uşaqların sosial media hesabları açmasını qadağan etmək planlaşdırılır.
Qeyd edək ki, əksər ölkələrində azyaşlıların sosial şəbəkə hesablarından istifadəsini qadağan edən qanunlar qəbul edilib.
Mehman










































