
Cari ilin birinci rübündə Türkiyədə 12 min 928 zəlzələ baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə Qazi Universiteti Mühəndislik Fakültəsinin müəllimi, eyni zamanda fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis, doktoru Bülent Özmen məlumat verib. O bildirib ki, qeyd olunan müddətdə gündə orta hesabla 117 təkan qeydə alınıb.
Türkiyənin zəlzələ ölkəsi olduğunu vurğulayan Özmen ilin ilk üç ayında seysmik aktivliyin diqqətəlayiq səviyyədə müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, göstərilən müddətdə hər iki gündə 4 baldan böyük zəlzələ baş verib.
Özmen bu dövrdə çox sayda kiçik və orta ölçülü zəlzələlərin qeydə alındığını bildirib.
Özmen bu ilin birinci rübündə zəlzələ aktivliyinin 20 illik orta göstərici ilə müqayisədə orta göstəricidən bir qədər yüksək olduğunu qeyd edərək, ötən ildən bəri Balıkəsirdə Sındırgı və Kütahyanın Simav rayonlarında baş verən zəlzələlərin bütün Türkiyə üçün orta göstəricini artırdığını bildirib.
O deyib ki, zəlzələlərin 30 faizi Sındırgıda olub.
Süleyman










































