
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 29-30 aprel tarixlərində Qazaxıstana rəsmi səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Saxarova məlumat verib. Zaxarova bildirib ki, səfər zamanı Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə danışıqlar aparacaq.
Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda ölkələr arasında əməkdaşlıq, Moskva ilə Astana arasında strateji tərəfdaşlığın və müttəfiqliyin gücləndirilməsi, o cümlədən qarşıdan gələn yüksək səviyyəli təmaslar müzakirə olunacaq.
Süleyman










































