
Beynəlxalq sistemdə güc balansının dəyişməsi uğrunda gedən maraqların toqquşması regional münaqişələri artırır və bu böyük güclər arasında rəqabəti dərinləşdirir. Nəticədə dünyanın siyasi tarazlığını pozulur. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliklər, NATO ilə digər güc mərkəzlərinin qarşı-qarşıya gəlməsi beynəlxalq münasibətlərdə qeyri-sabit bir vəziyyət yaradıb. Bu, gördüyümüz və dünya üçün açıq olan balans qarşıdurmaları və münaqişələridir. Görmədiyimiz və “gizli münaqişələr” adlanan proseslər də mövcuddur. Daha sonra dolayı münaqişələr və dondurulmuş münaqişələr yəni açıq döyüş olmasa da, davamlı gərginliyin qaldığı vəziyyətlər var. Deməli, istənilən vaxt bu latent münaqişələr açıq müharibəyə çevrilə bilər. Çünki rəsmi şəkildə ifadə olunmayan bu münaqişələr potensial olaraq sabahın müharibə mənbəyidir. Sadəcə şəraiti pusqu kimi hesablayan və quran tərəflər nə zamansa tələyə düşəcək “ovu” gözləyirlər. Bütün bu siyasi gərginlik ”Tension state” dünyada kritik vəziyyət və siyasi böhranlar yaradır.
Azərbaycan həm enerji ixracatçısı, həm də geosiyasi keçid ölkəsi olaraq, xüsusilə Cənubi Qafqazda yerləşməsi səbəbilə təhlükəsizlik və sabitlik siyasətini daha da həssaslaşdırır. Bu geosiyasi gərginliklər dünyasında dövlətimiz həssas, eyni zamanda sabit siyasi mövqe formalaşdırmağı bacarıb və möhkəm siyasi sabitlik əldə edib.
Güclü mərkəzləşdirilmiş idarəetmə modeli, iqtisadi dayanıqlılıq, xarici siyasət və diplomatiyadakı uğurlar, həmçinin daxili siyasətdə dialoq mühitinin sabitliyi bu keyfiyyətin göstəricisidir. Bu gün siyasi dialoq, xalq–dövlət birliyi və milli həmrəylik siyasi plüralizmin göstəricisidir. Dövlət, vətəndaş münasibətlərində şəffaflıq, vətəndaş cəmiyyətində milli düşüncənin və dövlətçilik prinsiplərinə sadiqliyin möhkəmlənməsi ölkəmizin əsas dayaqlarındandır. Dünyanın siyasi tarazlığından fərqli olaraq, Azərbaycanda ədalətli və sabit yanaşma formalaşıb və bu, bizim böyük uğurumuzdur.
Çünki xarici siyasətimizin qlobal tarazlığın pozulduğu bir dövrdə geosiyasi risklərdən qorunması, təhlükəsizliyin təmin olunması və sabitliyin dialoq, güclü institutlaşma üzərindən möhkəmləndirilməsi qətiyyətli və müdrik siyasi lider İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Xalq liderimizin ətrafında birləşib və bu birlik bizim gücümüzdür.
Bu güc yalnız Azərbaycana uzanan pis niyyətli əlləri kəsəcək
Ramil Hüseynov











































