Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sea Breeze Uzbekistan” layihəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər təsdiq edilib

“Sea Breeze Uzbekistan” layihəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər təsdiq edilib


Özbəkistan Nazirlər Kabineti “Sea Breeze Uzbekistan” bütün mövsümlük istirahət kompleksinin tikintisi üzrə iri investisiya layihəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında qərar qəbul edib.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, layihə Daşkənd vilayətinin mənzərəli Bostanlıq rayonunda 577 hektar sahədə həyata keçiriləcək. Bu, dünya səviyyəli bütün mövsümlük kurort kompleksidir və Özbəkistanın turizm sektorunda özəl-dövlət tərəfdaşlığının flaqmanı olacaqdır.

Layihənin ümumi investisiya həcmi 5 milyard dollar olacaq.
Layihənin həyata keçirilməsi üçün ən yaxşı təklif kimi “Agalarov Development” MMC-nin (Azərbaycan) iştirakı ilə “Sea Breeze Uzbekistan” MMC birgə müəssisəsinin təklifləri seçilib.

Layihənin həyata keçirilməsi üçün 577 hektar torpaq sahəsi “Sea Breeze Uzbekistan” MMC-yə güzəştli şərtlərlə 25 il müddətinə icarəyə veriləcək.

Süleyman
Xəbəri paylaş