
[spoiler][/spoiler]Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) özbək sahibkarları, iş adamları ilə görüşlərini davam etdirərək əməkdaşlıq imkanlarını müzakirə edir.
Newscenter.az xəbər verir ki, bu barədə ATUİAB İdarə Heyətinin sədri Ruslan İmanzadə məlumat verib. O deyib ki, bu məqsədlə Özbəkistanın İldam Rivojlanısh Aqro MÇJ firmasının sahibi Mahmud Şernayevlə görüşüb.
Ruslan İmanzadə deyib ki, Mahmud Şernayevl Daşkənt vilayətinin Pskent rayonunda 130 hektar əkin sahəsinə malik fermerdir.

"Mahmud Şernayev 130 hektar əkin sahəsində qarğıdalı və yer fıstığı yetişdirir. Onun əkin sahəsinə baxış keçirərək gələcəkdə birgə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə etdik".
Ruslan İmanzadə deyib ki, ATUİAB özbək iş adamının istehsal etdiyi məhsulların Azətbaycan bazarlarına ixrac edilməsinə və burada satışının təşkil olunmasına köməklik göstərəcək:

"Eyni zamanda Azərbaycanda istehsal olunan damcı suvarma sistemini gələcəkdə Mahmud Şernayevin əkin sahələrində tətbiq etməyi müzakirə etdik".
Süleyman