Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkmənistan görüşü geosiyasi baxımdan da əhəmiyyətlidir

Türkmənistan görüşü geosiyasi baxımdan da əhəmiyyətlidir



“Özbəkistan, Türkmənistan və Azərbaycan arasında ilk dəfə bu formatda görüş avqustun 5-də baş tutmuşdur. Bu, həm siyasi, həm də regional strateji əməkdaşlığa yeni bir mərhələ kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşü şərh edərkən səsləndirib. O deyib ki, sözügedən görüş təkcə iştirakçı olan 3 ölkə üçün deyil, eyni zamanda geosiyasi mənada da əhəmiyyətlidir:

“Azərbaycan–Türkmənistan–Özbəkistan yüksək səviyyəli görüşünün geosiyasi əhəmiyyəti, təkcə bu üç ölkə arasındakı əməkdaşlığın dərinləşməsi ilə məhdudlaşmır. Həm də Avrasiya məkanında regional güc balansına, enerji siyasətinə, nəqliyyat-logistika sistemlərinə və böyük güclərin maraqlarına birbaşa təsir göstərir”.
Arzuman Muradlı hesab edir ki, bu görüşlə üç ölkə – Azərbaycan, Türkmənistan və Özbəkistan – qeyri-rəsmi Avrasiya "üçbucağı" da formalaşdırır:

“Bu format Xəzər və Mərkəzi Asiyanın kəsişməsində yerləşən, enerji, nəqliyyat və geosiyasi baxımdan strateji aktor olan, Avropa ilə Çin arasındakı ticarət yollarında vacib rol oynayan 3 ölkəni birləşdirir. Bu format həmçinin Türk Dövlətləri Təşkilatından kənar, amma onu gücləndirən alternativ bir platforma sayıla bilər”.

İctimai birlik sədri qeyd edib ki, üç ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi görüşün əsas geosiyasi dəyəridir:

“Bu üç ölkə eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri və ya müşahidəçiləridir. Bu görüş həm təşkilat daxilində regional altqrupların formalaşdığını göstərir, həm də Türk birliyi ideyasının iqtisadi əsaslarını möhkəmləndirir. Eyni zamanda bu format digər Türk dövlətləri üçün model əməkdaşlıq nümunəsi ola bilər. Məsələn, Qazaxıstan, Qırğızıstanın gələcək iştirakı ilə”.

Arzuman Muradlı onu da qeyd edib ki, görüşün əsas diqqət çəkən məqamı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlıdır. Onun sözlərinə görə, sözügedən marşrut Avropa ilə Çin arasında Rusiyadan yan keçən ən mühüm marşrutdur:

"Bu dəhlizin güclənməsi Rusiyanın tranzit monopoliyasını zəiflədir. Həmçinin, Çin üçün alternativ ticarət yolu yaradır və Avropa İttifaqının Mərkəzi Asiyaya çıxışını təmin edir"


Süleyman
Xəbəri paylaş