
Qəzzada İsrail Baş naziri B. Netanyahu və ABŞ prezidenti D. Tramp aclıq silahından istifadə edərək, əhalinin anklavı tərk etməsinə məcbur edirlər. Qəhrəman fələstin xalqı isə, bu aclığa rəğmən öz doğma yurdlarını tərk etmir. HƏMASı bəhanə edərək, İsrail siyasi və hərbi rəhbərliyi "vəd olunmuş" torpaqlar ideologiyasına əsasən, işğalı genişləndirir.
Artıq Fələstin muxtariyyətinin İordan çayının qərb sahilində İsrail işğal etdiyi ərazini de-yure öz ərazisi elan etdi. İsraildə bəzi ravvinlər İordaniyaya ərazi iddiaları irəli sürür.
Göründüyü kimi, Yaxın Şərqdə hərbi -siyasi böhrandan istifadə edən İsrail hökuməti işğal siyasətini məharətlə genişləndirir.
İsrail əhalisi sülhpərvərdi və bu günki B. Netanyahunun siyasətindən əziyyət çəkir.
Səudiyyə Ərəbistanı və digər körfəz ərəb ölkələri, həmçinin Misir Qəzzada ərəblərin aclığını seyr edir.
İsrail bütün Fələstin ərazilərini tam işğal edərək, İsrail ərazisinə qatmağı planlaşdırır. Bununla da Fələstin muxtariyyətini ləğv etməklə, problemin "həllinə" nail olmağı hədəfləyir. Qəzzada HƏMAS B. Netanyahu üçün fələstin ərazilərini işğal etmək üçün bir bəhanədir. Qəzzada HƏMAS olmayacaq və bu anklav İsrailin tam nəzarətkndə olacaq.
Məhəmməd Əsədullazadə, politoloq