
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB nümayəndələri Ankara Çankaya Bələdiyyəsi Başkan vəkili Vəli Şahinlə görüşüblər
Newscenter.az xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB, Türkiyə Qadın Dərnəkləri Federasiyası (TKDF), Qadının Sosial Həyatını Araşdırma və Araşdırma Dərnəyi (KASAİD) təmsilçiləri Ankara Çankaya Bələdiyyəsi Başkan vəkili Vəli Şahinlə görüşüblər. TKDF başqanı Canan Güllü Azərbaycan QHT-lərinin Ankara səfərinin məqsədi, keçirdikləri görüşlər və maraqlandığı məsələləri barədə məlumat verib.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB sədri Səadət Bənənyarlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsindən bəhs edib. O, Ankara səfərində ictimai iştirakçılıq və nəzarət sahəsində Türkiyə QHT-ləri və bələdiyyələrinin təcrübəsi ilə tanış olduqlarını, Azərbaycandakı uğurlu nümunələri təqdim etdiklərini bildirib.
Başkan vəkili Vəli Şahin uzun illər QHT sektorunda çalışdığını, Pir Sultan Abdal Kültür Dərnəyi , Kızılırmak Yerli Dərnəklər Federasiyasının İdarə Heyətinin üzvü kimi müxtəlif QHT-lərin rəhbərliyində təmsil olunduğunu vurğulayaraq Çankaya Bələdiyyəsinin təcrübəsindən ətraflı söz açıb. Bildirib ki, bütün tenderlər sosial şəbəkələr üzərindən canlı yayında həyata keçirirlir, Bələdiyyə Məcslislərinin iclasları canlı yayınlanır, Çankaya Şəhər Şurası ilə sıx əməkdaşlıq həyata keçirilir. Şəhər Şurası bələdiyyə ilə sıx dialoq aparır, lakin öz mövqeyini qoruyur, şəhərin problemlərinin müzakirəsinə, birgə razılaşdırılmış həll yollarının axtarılmasına töhfə verir. Bələdiyyə QHT-lərə tədbirlərini keçirmək üçün kiçik ödəniş müqabilində məkanlar verir, bir çox hallarda ödənişsiz zallar təqdim olunur. Bələdiyyə məhəllə dərnəkləri ilə mütamadi müzakirələr aparır və bilvasitə vətəndaşı dinləyir. Strateji plan universitetlərin, peşə palatalarının, müvafiq qeyri-hökumət təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanır və Bələdiyyə şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Bələdiyyə saytı üzərindən büdcə xərcləri və fəaliyyətlərlə əlaqədar bütün məlumatları paylaşır.
Vəli Şahin Azərbaycan təcrübəsində İctimai Şuralar institutu ilə maraqlanıb və Şəhər Şurası ilə müqayisə apararq sualları çavablandırıb, həmçinin tövsiyyələrini diqqətə çatdırıb, bələdiyyənin rəqəmsal alətlərini təqdim edib.
Süleyman