
Kişinyovda avtomobil nəqliyyatı üzrə Özbəkistan-Moldova birgə komissiyasının iclası keçirilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, iclasda Özbəkistan Respublikası Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Moldova Nəqliyyat və Yol İnfrastruktur Nazirliyinin nümayəndələri ilə beynəlxalq avtomobil daşımalarında yükdaşımanın inkişafı və milli daşıyıcılar üçün əlavə imkanların yaradılması məsələlərini müzakirə edib.
İclasın sonunda avtomobil daşımalarında beynəlxalq yükdaşımalara dair qüvvədə olan sazişlərə dəyişikliklər edilməsi barədə protokol imzalanıb. Buna əsasən, 2026-cı ilin əvvəlindən Özbəkistan və Moldova arasında ikitərəfli və tranzit yük daşımaları icazəsiz həyata keçiriləcək.
Bu saziş Özbəkistan daşıyıcıları üçün Avropa istiqamətində əlavə imkanlar yaradacaq, xarici iqtisadi əlaqələri gücləndirəcək, ixrac zəncirinin sabitliyini təmin edəcək.
Süleyman