
Cənab Prezidentin imzaladığı su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı böyük hadisədir.
Konkret proqram var, müddət var, görülməli iş var, görüləcək iş var, işin həcmi var, konkret ünvanlar var, 3 istiqamətdə - su, tullantı su, yağış sularının idarə olunması istqiamətində planlı tapşırıqlar var. Proqram kimi proqram.
Şövqlə qarşıladığımız Dövlət Proqaramından əziz həmkarlar və dostlarımız üçün çıxarışlar etmişik. Sadə, aydın, informasiya qaynağı qaynar və zəngin.
Bir nümunə:
Oğuz−Qəbələ−Bakı su kəmərinin mənbəyində subartezian quyularının və I−II Bakı su kəmərlərinin mənbələrinin bərpası
- Oğuz−Qəbələ−Bakı su kəmərinin mənbəyində subartezian quyularının və Bakı şəhərinin su kəmərlərinin mənbələrinin bərpası nəticəsində içməli su həcminin saniyədə 1 kubmetr artırılması.
Belə ardıcıllıqla düzmüşük, ictimaiyyətlə bölüşəcəyik.
Jurnalist kimi qənaətim belədir: Dövlət Proqramının icrasının böyük nəticələr verməsi naminə hər birimiz bacardığımız dəstəyi göstərməliyik. Xüsusən də mediadan gözlənti böyükdür. Yazaq, çəkək, göstərək, əlbəttə problemi də birgə aradan qaldırmağa çalışaq, elə əsas işimiz də bu.
Dövlət Proqramının icrası informasiya mühitinə də böyük təsir göstərəcək. Yazmağa, çəkməyə, göstərməyə xeyli tikinti-quruculuq işləri var.
Yetər ki, Dövlət Proqramına fövqündən baxaq, onda aydın görə, göstərə biləcəyik.
Ensək sosiaıl şəbəkə zirzəmisinə düşərik. Media prosesin arxasınca düşməz, prosesi arxasınca aparar. Prosesin məqsədi 10 il ərzində əhalinin fasiləsiz içməli su təminatını 95 faizə çatdırmaqdır. Mübarək yol zirvəyə aparar.
Ceyhun Musaoğlu
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi









































