Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2026-cı il qrant müsabiqələrinə dair infosessiyalara başlanılıb

2026-cı il qrant müsabiqələrinə dair infosessiyalara başlanılıb


Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiya keçirilib.

Newscenter.az xəbər verir ki, toplantıya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

200-ə yaxın QHT-dən təmsilçilərin qatıldığı görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və digər məsul şəxslər iştirak edib.
İnfosessiyada qrant müsabiqələrinə dair suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.

İnfosessiya sabah QHT-lərin növbəti hissəsi ilə davam edəcək.

Süleyman
Xəbəri paylaş