Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZAL "Bakı Taksi Xidməti" MMC ilə birlikdə monopoliya yaradır

AZAL "Bakı Taksi Xidməti" MMC ilə birlikdə monopoliya yaradır


"Hava limanının digər taksilərdən "təmizlənməsi" addımı bazarda rəqabət qaydalarını pozmaqla yanaşı dövlət təsisatlarının öz səlahiyyətlərindən sui-istifadə edərək özəl sektoru sıxışdırması kimi dəyərləndirilməlidir".

Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, dövlət şirkəti olan AZAL digər dövlət şirkəti - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC ilə razılığa gələrək aeroport ərazisində monopoliya yaradırlar və özəl sektoru dövlət obyekti olan aeroportdan kənarlaşdırırlar:

"Ümid edirəm Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ona verilmiş vəzifə və səlahiyyətləri yerinə yetirərək məsələyə müdaxilə edəcək".

Anar Əliyev
Xəbəri paylaş