
Qazaxıstanda ağıllı zibil qabı icad edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Jambil rayonunda 10-cu sinif şagirdi Amangeldi Ayım təbiəti qorumaq üçün müasir üsul icad edib.
O, “Ağıllı zibil qutusu” adlı unikal layihə həyata keçirib. Layihə sadə və sərfəli Arduino platforması əsasında yaradılıb.
“Ağıllı qutu”nun iş prinsipi çox sadədir. Ultrasəs sensoru zibil qutusuna yaxınlaşan adamı aşkar edir. Məsafə müəyyən səviyyəyə çatdıqda, Arduino servomotora siqnal göndərir və qapaq avtomatik olaraq açılır. İnsan getdikdən sonra 3 saniyə ərzində qapaq yenidən bağlanır.
Bu sistem həm də məişət gigiyenasını qorumağa kömək edir, çünki zibil qutusuna toxunmağa ehtiyac yoxdur.
Anar Əliyev