
"Şəhərin mərkəzində radarlar və yol polisi olduğu üçün sürət həddini aşanlar cərimələnir. Bakı ətrafı kənd və qəsəbələrdə isə radar sistemi və yol patrullari az olduğu üçün sürət həddinə əməl edilmir. Qəsəbə daxili yollarda sürətli avtomobillər idarə olunur. Halbuki, qəsəbə daxilində yollarda sürət həddini aşmamaq üçün maneələr qurulmalıdır. Vətəndaşlar təhlükəsizlik üçün şəxsi hesabına belə bir maneə qururlar. Aidiyyəti Dövlət qurumu isə gəlib cərimələyir".
Newscenter.az xəbər verir ki, bunları MCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Lənkəranda məktəbə gedən qardaş-bacının avtomobil tərəfindən vurulması məhz sürət həddinin aşılmasından irəli gəlirdi:
"Həmin yolda maneələr qurulsaydı, bu faciə baş verməzdi. Dövlət qurumlarının çoxu yalnız vətəndaşı cərimələməklə məşğul olur. Nəinki vətəndaşın təhlükəsizliyini təmin edir".
Süleyman










































