Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat İlham Məmmədov seçiciləri ilə görüşüb

Deputat İlham Məmmədov seçiciləri ilə görüşüb


Milli Məclisin deputatı İlham Məmmədov 2025-ci ilin sentyabr ayına olan vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, YAP Yevlax rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.

Newscenter.az xəbər verir ki, millət vəkili seçicilərin problem və qayğıları ilə maraqlanıb, onların müxtəlif istiqamətlərdə qaldırdığı məsələləri dinləyib.

Vətəndaşların qaldırdığı bəzi məsələlər millət vəkili tərəfindən yerindəcə həll olunub, digər deputat səlahiyyətindən kənar olan məsələlərin həllinə isə müvafiq dövlət qurumları ilə koordinasiyalı iş şəklində köməklik göstəriləcəyi bildirilib.

Süleyman
Xəbəri paylaş