Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sürücülük vəsiqəsini onlayn yeniləmək olacaq

Sürücülük vəsiqəsini onlayn yeniləmək olacaq


Özbəkistanda artıq itirilmiş sürücülük vəsiqələrini onlayn formada bərpa etmək mümkün olacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Dövlət Xidmətləri Portalı məlumat yayıb.

Bildirilib ki, sürücülük vəsiqənizi itirmisinizsə, onu yeniləmək üçün yol polisinin binasına getməyə ehtiyac yoxdur. Bütün prosedurları onlayn həyata keçirmək mümkün olacaq.

Bildirilir ki, yeni xidmətdən istifadə edənlər my.gov.uz portalı vasitəsilə “Sürücülük vəsiqəsi üçün müraciət” xidmətinə daxil olub, “İtirilmiş sürücülük vəsiqəsinin bərpası” bölməsini seçməklə ərizələrini təqdim edəcəklər.

Xidmətin qiyməti 370 800 sum (0,9 BHM) müəyyən edilib. Şəhadətnaməni poçt vasitəsi ilə öz ünvanında almaq istəyən vətəndaşlar 25 000 som əlavə rüsum ödəyəcəklər.

Xidmət müddəti 1 iş günüdür. Poçtla çatdırılma daxil olmaqla, cəmi 3 iş günü çəkəcək.

Süleyman
Xəbəri paylaş