
Qazaxıstanın Almatı şəhərinin mərkəzində əxlaqsızlıq yuvaları və qeyri-qanuni salonlar aşkar edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.
Məlumata görə, Almalı rayonunda polis əməkdaşları Manhetten, Akbulak və Kausar yaşayış komplekslərində cinsi xidmət göstərən əxlaqsızlıq yuvaları və qeyri-qanuni salonlar aşkar ediblər.
Reydlər zamanı 71 əxlaqsızlıq yuvası ifşa edilib. Qanunsuz fəaliyyət üçün bina verən mənzillərin sahibləri məsuliyyətə cəlb edilib. Bu mənzillərdə qeydiyyat və şəxsiyyətini təsdiq edən sənəd olmadan yaşayan şəxslərə qarşı da inzibati tədbirlər görülüb.
Mehman Mehdiyev












































