
"Prezident İlham Əliyevin Misirə, Beynəlxalq Sülh sammitinə dəvət edilməsi, ilk növbədə onun şəxsi nüfuzu, beynəlxalq münasibətlər sistemində aparıcı aktor kimi təsdiq etməsilə bağlıdır. Bu fikirlərin təsdiqi kimi, yalnız son iki həftənin gündəliyinə diqqət etmək kifayətdir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, Kopenhagendə Avropa İttifaqı Siyasi sammiti, TDT-nın Qəbələ Zirvə Görüşü, Düşənbədə MDB dövlət başçılarının sammiti, indi də Şarm əl Şeyx Sülh sammitində iştirak, cənab Prezidentin apardığı çoxvektorlu siyasətin göstəricisidir:
"Hər bir beynəlxalq platforma, ölkəmizin əlaqələrinin genişlənməsi, təbliğatı, dostlarının sayının artması deməkdir. Aparıcı kütləvi informasiya vasitələrinin yayımladığı videokadrlarda Prezident İlham Əliyevin qarşılanmasından tutmuş, dünya liderlərinin onun şəxsiyyətinə göstərdikləri hörmət və ehtiram hər bir azərbaycanlıda qürur hissi oyadır".
Nəsib Məhəməliyev qeyd edib ki, müasir dünyada güc faktoruna üstünlük verilir:
"Ona görə də, harada olmasından asılı olmayaraq, qalib xalqın Prezidentinə layiq diqqət göstərilir. Azərbaycanın qlobal oyunçuya çevrilməsi, faktdır və təbii prosesdir".
Süleyman