Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Venesuelada baş verənlər Rusiya üçün fürsətdir

Venesuelada baş verənlər Rusiya üçün fürsətdir


"Venesuelada baş verənlər Rusiya üçün siyasi və ideoloji baxımdan bir fürsətdir. Həmçinin uzun müddətdir ki, Rusiyanın istifadə etməkdə olduğu ABŞ və Qərbə yönəlik arqumentlərin isbatı baxımdan, əlinə tutarlı səbəblər olaraq keçən əsaslı faktlardır. Hansı ki ABŞ, bu gün bu səbəblərdən dolayı Rusiyanı daha çox ölkələri təhdid və risklər altında saxlamağa ruhlandırır və sövq edir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu gün ABŞ prezidenti Donald Trampın vasitəsilə həyata keçirilən dünya siyasəti, beynəlxalq hüququn yerinə öz şərtlərini qoymaqdan ibarətdir:

"Rusiya və Qərb bu siyasətdə ciddi şəkildə istifadə olunur. Sabah Rusiyanın, "ABŞ istədiyi ölkədə hakimiyyəti dəyişirsə, biz niyə etməməliyik?" düşüncəsiylə hərəkət etməyəcəyinə zəmanət varmı? Venesuela nümunəsi Cənubi Qafqazda, Mərkəzi Asyada, Şərqi Avropada, Yaxın Şərqdə və digər coğrafiyalarda Rusiyanın və digər ölkələrin, başqa dövlətlərin daxili işlərinə müdaxilə etməsinə yaşıl işıq yandırmadımı? Beynəlxalq hüquqa qarşı inamsızlıq siyasəti yürüdən ABŞ, Venesuela məsələsində xüsusilə də Rusiyanın əlinə ideoloji silah vermədimi? Fələstin xalqına, Ukraynaya və bu gün Venesuelaya qarşı baş verənlər, sabah dünyanın istənilən ölkəsində baş verə bilər. ABŞ-ın son illər yürütdüyü siyasət, artıq buna "münbit" şərait yaradıb".

Süleyman
Xəbəri paylaş