Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güney azərbaycanlılar Pəhləvi köpəyinin yenidən hakimiyyəti ələ keçirməsinə heç cürə imkan verməməlidirlər

Güney azərbaycanlılar Pəhləvi köpəyinin yenidən hakimiyyəti ələ keçirməsinə heç cürə imkan verməməlidirlər


İranda davam edən növbəti etiraz aksiyalarına Güney Azərbaycan türklərinin, digər türk xalqlarının və eləcə də kürdlər, bəluclar və ərəblər kimi qeyri-fars millətlərin qoşulmaması son günlərin əsas müzakirə mövzularından biridir. Biz meydanda hələlik yalnız fars aktivistlərini görürük. Halbuki yuxarıda adları qeyd olunan xalqlar da son 50 ildə fars-molla rejiminin hər cürə zülmünə məruz qalıblar. Lakin buna rəğmən əvvəlki aksiyalardan və inqilablardan fərqli olaraq bu dəfə nə güneyli soydaşlarımız, nədəki digər qeyri-fars mənşəli xalqlar molla rejimini devirməklə, necə deyərlər, yağışdan çıxıb yağmura düşmək istəmirlər.

Çünki onlar iqtisadi zəmində başlayan etirazların qısa müddətdə siyasi müstəviyə keçərək keçmiş Pəhləvi tərəfdarları ilə mövcud molla rejimi arasında siyasi hakimiyyət uğrunda mübarizəsinə çevrildiyini açıq-aşkar görürlər. Mənfur molla rejiminin dayaqlarının sarsıldığını görən fars elitası bu dəfə mollalardan da betər zülmkar olan Pəhləvi ailəsini yenidən hakimiyyətə qaytarmağa və bununla da İranın dövlət sükanını farsların monopoliyasında saxlamağa çalışır. Bu plan ABŞ, İsrail və bir sıra başqa ölkələrin də maraqlarına uyğundur. Təsadüfi deyil ki, hazırda xüsusi canfəşanlıq göstərərək İrandakı etirazçıları dəstəkləyən və onların hesabına hakimiyyətə gəlməyə can atan keçmiş şahın oğlu Məhəmməd Rza Pəhləvi də məhz ABŞ-ın "layihə"si sayılır.

Ona görə də keçmiş inqilablardan sonra hər dəfəsində "offsayd"da qalan və yeni hakimiyyətlər tərəfindən aldadılan Güney azərbaycanlılar və qeyri-fars xalqlar bu dəfə keçmişin acı təcrübəsindən dərs çıxararaq "oyun"a gəlməməyə çalışırlar. Başqa sözlə desək, onlar sözügedən rejim dəyişikliyi "ssenari"sində vasitəyə çevrilmək, alət kimi istifadə olunmaq istəmirlər. Qeyri-fars xalqlar hər dəfə aldadılmaqdan və bir-birini əvəzləyən irqçi-şovinist fars hakimiyyətlərinin istibdadı altında yaşamaqdan beziblər. Ona görə də bu gün qeyri-farslar üçün əsas hədəf mollaları devirib Pəhləvi ailəsini hakimiyyətə qaytarmaq deyil. Onlar Pəhləvi zülmünün yenidən təkrarlanmasını istəmirlər. Bu gün Güney azərbaycanlılar üçün önəmli olan bir fars rejiminin digər fars rejimi ilə əvəzlənməsi yox, ilk növbədə öz milli haqlarının bərpasına nail olmaqdır.

Bu baxımdan Güney azərbaycanlılar Pəhləvi köpəyinin yenidən hakimiyyəti ələ keçirməsinə heç cürə imkan verməməlidirlər. Çünki antiinsani Xamenei rejimininin getməsi və onun yerinə zalım Pəhləvi varisinin gəlməsi heçnəyi dəyişməyəcək və bunun azərbaycanlılara heç bir faydası olmayacaq. Bu gün Güney Azərbaycan türkləri öz tarixi torpaqlarında öz müstəqil dövlətlərini qurmaq istiqamətində səylərini artırmalıdırlar. Milyonlarla güneyli soydaşlarımız üçün müstəqilliyin alternativi yoxdur. Nə 1979-cu ildə "ədalət" və "azadlıq" vədləri ilə qurulan saxtakar molla rejimi, nədəki 1925-1979-cu illərdə misli görünməmiş vəhşiliklərə imza atmış Pəhləvi cəlladlarının davamçıları Güney azərbaycanlıların və digər qeyri-fars xalqların haqlarına hörmətlə yanaşmağa hazırlaşmır. Öz vətəndaşlarının qanını tökən, qonşu ölkələrə qarşı isə daim düşmənçilik siyasəti yürüdən despotik fars rejimlərinin tarix səhnəsindən qovulmasının vaxtı artıq çatıb.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş