Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bəzi ölkələrdən heyvan və quş əti idxalına qadağanı aradan qaldırıb

Azərbaycan bəzi ölkələrdən heyvan və quş əti idxalına qadağanı aradan qaldırıb


Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb.

Bu barədə Newscenter.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

AQTA Azərbaycan ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Cavid
Xəbəri paylaş