Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda polis idarəsinə basqın edilib, ölən və yaralananlar var

İranda polis idarəsinə basqın edilib, ölən və yaralananlar var


İranda davam edən etirazlar fonunda ölənlərin sayı artıb.

Newscenter.az-ın məlumatına görə, "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarələrindən birinə daxil olmağa cəhd göstəriblər. Nəticədə silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.

"Mehr" Xəbər Agentliyi isə ölənlərdən birinin hüquq‑mühafizə orqanlarının əməkdaşı, digər iki nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, İranda ümumxalq etirazlarında daha əvvəl üç nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.
Xəbəri paylaş