Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib


Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib.

Newscenter.az xəbər verir ki, bu təyinat Türk Dünyası Arabulucular Birliği'nin 14 yanvar 2026-cı il tarixli iclasında qəbul edilib.

Nadir Adilov yeni vəzifəsi çərçivəsində Türk dilli dövlətlərlə Azərbaycan üzrə mediatorların fəaliyyətinin əlaqələndirilməsi, peşəkar inkişafın təşviqi, beynəlxalq layihələrin icrası və s. sahələrdə Birliyin regional təşəbbüslərinin həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərəcək.

Sözügedən qərarın mediasiya institutunun inkişafına və Türk dünyasında hüquqi dialoqun möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel bu seçim münasibəti ilə hazırlanmış xüsusi plaketi Nadir Adilova təqdim edib.

Süleyman
Xəbəri paylaş