Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 min MVt su elektrik stansiyası tikiləcək

5 min MVt su elektrik stansiyası tikiləcək


2035-ci ilə qədər Özbəkistanda təxminən 5 min MVt su elektrik stansiyası və təxminən 4 min MVt saxlama batareyası tikmək planlaşdırılır.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirlib ki, bu, istehsaldakı dalğalanmaları hamarlaşdıracaq və enerji sisteminin etibarlılığını artıracaq.

Bildirilir ki, enerji sisteminin sabit işləməsi və iqtisadi inkişaf üçün Özbəkistan bərpa olunan enerji mənbələri ilə yanaşı, əsas və sabit enerji mənbəyi kimi nüvə enerjisinə də diqqəti artırır. Nüvə enerjisindən imtina kömür və qaz idxalından asılılığın daha da artmasına səbəb olar. Bu isə, əhalinin sosial həyat şəraitinə, ətraf mühitə və ölkə iqtisadiyyatına mənfi təsir göstərər.

Süleyman
Xəbəri paylaş