Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə dövlət ittihamının müdafiəsi üzrə növbəti regional iclas keçirilib

Şəkidə dövlət ittihamının müdafiəsi üzrə növbəti regional iclas keçirilib



Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən regional iclasların keçirilməsi davam etdirilir.

Newscenter.az Baş Prokurorluğa istinadən bildirir ki, bu çərçivədə növbəti iclas Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan rayon (şəhər), ağır cinayətlər və apellyasiya məhkəmələrində fəaliyyət göstərən dövlət ittihamçılarının iştirakı ilə Şəki rayon prokurorluğunun inzibati binasında keçirilib.

İclasda Baş prokuror Kamran Əliyev tərəfindən dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində verilmiş tapşırıq və tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, dövlət ittihamçılarının qarşısında duran əsas vəzifələr, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və cəza siyasətinin həyata keçirilməsində onların rolu müzakirə olunub, istintaq qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Eyni zamanda bəraət hökmlərinin qəbul edilməsi, cinayət işlərinin ibtidai istintaqa geri qaytarılması ilə nəticələnən maddi və prosessual pozuntular və digər çatışmazlıqlar təhlil olunub, onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb, protestlərin verilməsi təcrübəsi müzakirə edilib.

Mehman
Xəbəri paylaş