Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada 300 milyondan çox insan narkotik asılılığından əziyyət çəkir

Dünyada 300 milyondan çox insan narkotik asılılığından əziyyət çəkir



Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyada 300 milyondan çox insan narkotik asılılığından əziyyət çəkir. Hər il təxminən 600.000 insan bu xəstəliyin qurbanı olur.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev İctimai Sağlamlıq və Təhlükəsizliyin Təmin Edilməsi üçün Transmilli Narkotik Təhdidləri ilə Mübarizə Forumunun iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.

Mirziyoyev bildirib ki, bu gün əhali, xüsusən də gənclər arasında yeni sintetik narkotiklərin, psixotrop və güclü təsir göstərən maddələrin geniş yayılması hamımızı dərindən narahat edir.

Şavkat Mirziyoyev diqqətə çatdırıb ki, bugünkü qloballaşma şəraitində Özbəkistan, bütün ölkələr kimi, bu təhlükədən sığortalanmayıb.

Süleyman

Xəbəri paylaş