
Türkiyəli iş adamı N.Köse Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun ona külli miqdarda bocunun olduğunu bildirib.
Newscenter.az-ın məlumatına görə, "Sitat.info" mövzuya dair ətraflı araşdırma üçün iş adamı ilə əlqə saxlayıb.
Türkiyəli iş adamı deyib ki, Yusifov Şıxovda 25 milyon manat dəyərində olan villası üçün "Massimo" şirkətindən mebel sifariş edib. Şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını mebellə təchiz edib. Sonradan Bayram Yusifov pulu ödəməkdən boyun qaçırıb. Mebellər istifadə edildikdən sonra Bayram Yusifov pulu ödəməmək üçün hər cür bəhanələr gətirib.
İş adamı 8 aydır pulunu ala bilmədiyini deyir. Bayram Yusifovun şirkətə ziyan vurduğu bu rəqəmlə yekunlaşmır.
İş adamı iddia edir ki, bu qalmaqal şirkətin imicinə çox ciddi zərbə vurub. Nəticədə onlarla işləyən şəxslərdə qorxu və inamsızlıq yaranıb, sifarişlər ləğv olunub. İş adamı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda iş məhkəmədədir.
Qeyd etmək lazımdır ki, mebel təminatı ilə bağlı qanuni sənədlər, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.
Məsələ ilə bağlı Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(demokrat.az)











































