Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb

WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 174 ölkədən 20 000 nəfər qeydiyyatdan keçib.

Newscenter.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
Xəbəri paylaş