Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İran üzərində təzyiq mexanizmi tətbiq etməyə çalışır

ABŞ İran üzərində təzyiq mexanizmi tətbiq etməyə çalışır


"Hörmüz boğazı Avropa üçün əsas prioritetlərindən hesab olunur və dünya enerji tədarükünun əsas arteriyalarından biridir. Bu baxımdan Avropa ölkələrinin Yaxın Şərqdən neft və qaz idxalından ciddi asılılıqları var və boğazın bağlanması ciddi şəkildə enerji qiymətlərini artırır. Ticarət axınında qlobal logistika zənciri zərbə alır. Bu baxımdan Avropa Hörmüz boğazında hər hansı bir blokadanı riskli və öz maraqlarına zidd hesab edir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, ABŞ isə bu məsələdə siyasi baxımdan hərəkət etməyə üstünlük verir və boğazda blokada tədbirləri almaqla İran üzərində təzyiq mexanizmi tətbiq etməyə çalışır:

"Regionda hərbi-siyasi üstünlüyü ələ keçirmək istəyir. ABŞ-ın bu kimi sərt xətt tutması əlbətdə ki, müttəfiqləri ilə arasında tam qırılma nöqtəsi olmasa da, taktiki fikir ayrılıqları yaradır və münasibətlərə ciddi təsir göstərir. Bu həmçinin NATO çərçivəsində əməkdaşlıq əlaqələrini zəiflədir və məhz İran və ABŞ-İsrail münaqişəsi üzrə Hörmüz boğazı ətrafında baş verənlər bu münasibətlərin korlanmasında əsas səbəblərindən biridir. Bu baxımdan ABŞ və Avropa İttifaqı ölkələri arasında siyasi etimad əvvəlki kimi deyil və bu vəziyyət ABŞ-ı təkbaşına hərəkət etməkdən çəkindirmir".

Çingiz Şahbazi qeyd edib ki, transatlantik birliyin parçalanması Rusiya, Çin və İran kimi ölkələrin rolunu gücləndirir və belə vəziyyət ABŞ-a təkbaşına hərəkət etməsinə çətinliklər yaradır:

"Belə bir vəziyyətdə davam edən münasibətlərin səbəbi əslində, maraqların toqquşmasının və prioritet fərqlərinin göstəricisi olduğunu xüsusi qeyd etmək olar. ABŞ-ın yürütdüyü təzyiq siyasəti, Avropanın üstünlük verdiyi diplomatiya xəttinə ciddi təsir etdiyini nəzərə alsaq və geosiyasi maraqlar və strategiyaları da əlavə etsək, dərinləşən uyğunsuzluğun getdikcə qırılma nöqtəsinə gələcəyi ehtimalı qaçılmaz görünür".

Süleyman
Xəbəri paylaş