
"Ermənistanın sön dövrlər sürətlə silahlanması, müdafiə xərclərini astronomik olaraq artırması, xaricdən intensiv şəkildə öldürücü və hücum silahları alması qəbul edilməzdir və ciddi narahatlıq doğurur".
Bunu Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, İrəvan Hindistandan dron və antidronlar, həmçinin orta və uzaqmənnzilli raketlərin tədarükü ilə bağlı müqavilələr bağlayıb:
"Eyni zamanda öz hərbi sənaye kompleksini inkişaf etdirmək üçün xarici tərəfdaşlar cəlb etməkdədir. Əgər Paşinyan hökuməti doğrudan da Real Ermənistan konsepsiyasını əsas tutursa və sülh gündəliyinə sadiqliyini deyirsə, o zaman sürətlə silahlanmaya ehtiyac qalmır. Həmin pulu büdcədən sosial və iqtisadi sahələrə yönəldərək ölkəsini böhrandan çıxarmağa çalışardı. Ermənistana heç bir xarici təhlükə yoxdur, xüsusən də qonşuları tərəfindən".
Əli Orucov hesab edir ki, Ermənistan beynəlxalq müstəvidə baş verəcək dəyişmələrə və transformasiyalara ümid edərək, hazırlıqlar görür:
"2020-ci ilin ağır məğlubiyyətlərindən də hələ lazımı nəticələr çıxarmayıblar".
Süleyman










































