Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fidan NATO toplantısına qatılacaq

Fidan NATO toplantısına qatılacaq



Türkiyənin xarici işlər naziri Hakan Fidan 21-22 may tarixlərində İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Newscenter.az Türkiyə XİN-ə istinadən bildirir ki, Fidanın qatılacağı görüşdə Türkiyənin ev sahibliyi ilə 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Görüşünə hazırlıq, Alyansın birliyi, transatlantik əməkdaşlıq, müdafiə sənayesinin gücləndirilməsi və istehsal gücünün artırılması, Ukraynaya yardımın davam etdirilməsi və artan müdafiə xərclərinin imkanlara çevrilməsi kimi mövzuları müzakirə ediləcək.

NATO xarici işlər nazirlərinin görüşündə İran və Hörmüz boğazındakı vəziyyət kontekstində baş verən hadisələr, onların Avro-Atlantik təhlükəsizliyi və qlobal təhlükəsizlik mühitinə təsirləri, "Alyansın Cənuba doğru siyasəti" və Avro-Atlantik təhlükəsizliyindəki digər son inkişafların, xüsusən də Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.

Görüş 21 mayda Ukraynanın xarici işlər naziri və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın qatıldığı NATO-Ukrayna Şurası (NUC) formatında qeyri-rəsmi işgüzar naharla başlayacaq.

Arzu
Xəbəri paylaş