
"Orta Dəhliz Türk dünyasının onurğa sütunudur".
Newscenter.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qazaxıstanın Almatı şəhərində keçirilən TDT Ağsaqqallar Şurasının 19-cu iclasında çıxışı zamanı deyib. O, şərq-qərb oxundakı nəqliyyat şəbəkələrinin Türk dünyası üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib:
"Orta Dəhliz təkcə logistika xətti deyil, həm də Türk dünyasının müstəqilliyinin, təhlükəsizliyinin və rifahının onurğa sütunudur".
Orta Dəhlizin hazırda Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsündən tutmuş Avropa Birliyinin Qlobal Qapı vizyonuna qədər bütün qlobal aktorların gündəmində olduğunu qeyd edən Yıldırım, türk dövlətlərinin bu marşrutu dünya ticarətində etibarlı və üstünlük verilən əsas marşrut halına gətirməli olduqlarını deyib.
Türk dünyasının süni intellekti nəqliyyat və gömrük sistemlərinə inteqrasiya etməsinin vacibliyini vurğulayan Yıldırım, "Orta Dəhlizin qlobal dəyərinə dəyər qatmalı və proqnozlaşdırıcı logistika, avtomatlaşdırılmış risklərin idarə edilməsi və daha hamar sərhəd prosedurları vasitəsilə onun cəlbediciliyini artırmalıyıq",-deyə vurğulayıb.
Süleyman













































