Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan–Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində



"Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanır. Müstəqillik illərində iki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə saxlanılmış, qarşılıqlı etimada söykənən əməkdaşlıq əlaqələri daha da genişlənmişdir. Xüsusilə enerji, nəqliyyat-logistika, ticarət, humanitar və mədəni sahələrdə həyata keçirilən birgə layihələr ölkələrimizin strateji tərəfdaşlığını möhkəmləndirən mühüm amillərdəndir. Bu əməkdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli Türkmənistan prezidentinin Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanıb:

"İmzalanan sənədlər iqtisadiyyat, kənd təsərrüfatı, gömrük işi, maliyyə sahəsi və xarici siyasət istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına xidmət edən Birgə Bəyanat qəbul olunub. Bu sənədlər Azərbaycan-Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə olan inamı bir daha təsdiqləyir".

Aygün
Xəbəri paylaş