
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Volodimir Zelenskini fürer adlandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Lavrov Ukrayna liderinin fürer roluna təyin olunduğunu qeyd edib. Rusiya XİN rəhbəri onun yoluxucu olduğunu deyib.
"O, öz təşəbbüsü ilə fürer roluna təyin edilib, amma görürsünüz ki, bu obraz yoluxucu olduğunu sübut etdi", - deyə Lavrov Ukraynadakı vəziyyətlə bağlı keçirilən dəyirmi masada bildirib.
Rusiya xarici işlər naziri Volodimir Zelenskinin Belarusda nizam-intizamı bərpa etmək tələbini də kobud bir bəyanat adlandırıb.
O, Minskə qarşı edilən təhdidlərə cavab olaraq Belarusu dəstəklədiyini bildirib.
Aygün












































